Maraqlı

Avdı Qoşqara bir xatırlatma...

24-05-2017, 11:46

""Ədəbiyyat" qəzetinin ötən saylarının birində Avdı Qoşqarın mərhum şair Camal Yusifzadə haqqında bir yazısı dərc olunub.Həmin yazıda Avdı müəllim öz ağlıyla atamı da tənqid edib.

30 ildir Camal Yusifzadəylə bir məkanda çalışan Avdı Qoşqarın indi yadına Camal Yusifzadə düşüb.

Mən on ildir Aztvdə çalışıram və çalışdığım bu on il ərzində hələ 30 saniyə Camal Yusifzadəni Avdı Qoşqarın verilişlərində qonaq kimi görməmişəm.(Heç bir adlı sanlı istedadlı şair və yazıçını da)

Avdı Qoşqarı tanıyanlar onun verilişlərini və efirə təqdim etdiyi adamları az-çox yaxşı tanıyır.

Bəs nə zamandan Camal Yusifzadə qədri bilən oldunuz?

Barmağını qatdalayıb mənə deyə bilərmi ölkədə bu qədər işlqlı,istedadlı qələm adamları ola-ola onların birinə efirdə nə zaman yer verib.

Bezdarnikləri,kamaz sürücülərini şair kimi sırımaq da bir istedaddır.

Mən atamı müdafiə etmirəm.Bu balaca respublikanın vətəndaşları kimin nəyə qadir olduğunu yaxşı bilir.

Sadəcə olaraq mənə az-çox yer edən odur ki, Azərbaycan televiziyası və radiosunda, jurnalistikasında xidmətləri olan Tahir Talıblını inşa səviyyəsində yazdığı yazıyla tənqid edən şair,daha da cılız göründüyünü ortaya qoydu.

Tahir Talıblının yaradıcılığını təhlil etməli olsam, Avdı Qoşqar şeytana daş atan müsəlmanlar kimi gərək özünü daşlasın.

Bilgi üçün deyim ki,20 ildən artıqdır radionun şah damarı olan "Bulaq" Tahir Talıblının imzasıyla ömrünün çiçəkli dövrünü yaşayır.

Əgər Avdı Qoşqara 300 illik qarğa ömrü verilsə də folklor, etnoqrafiya,şifahi xalq ədəbiyyatıyla bağlı ciddi bir araşdırma aparıb sanballı iş ortaya qoya bilməz.Elə günü bu günü qədər də bir sanballı televiziya verilişi olmayıb.

Atın qabağına ət,itin də qabağına ot atanda belə olmaldır.Avdı Qoşqar nə qədər televiziyada ədəbiyyat verilişlərinə bezdarnik,ərindən küsən arvadından ayrılan şairləri cəlb edəcəksə vəziyyət elə avdıcasına olacaq.

İstedadsızlıq və savadsızlığın daşıyıcısı olan Avdı Qoşqar hələ haqqında yazdığı Camal Yusifzadə və digələrindən çox öyrənməlidir.

Bu arada yadımdan çıxmamış deyim ki,Yazıçılar Birliyi və digər məkanlarda keçirilən bayağı tədbirlərdən bir qarın şorbaya görə sujet hazırlamaq peşakar televiziya işçisi olmaq deyil.

Avdı Qoşqar, nəzərinizə yetirim ki,mənim atam bu günə qədər həyatını yaradıcılığa,ədəbiyyata həsr edib.Sovet vaxtı kitabları dərc olunanda,tələbə ikən imzası qəzetləri bəzəyəndə siz çörəyə pəpə deyirdiniz.

Ömrü boyu adının üstünə ad gətirməyən,halal maaşla yaşayan,bu gündə quru maaşa dolanan, əlini ora-bura atıb "oğurluq" etməyən,gördüyü işin müqabilində də heç zaman mənfəət güdməyən ziyalını ala-yarımçıq yazıyla tənqid etmək hansı məntiqdən xəbər verir?

"Bulaq"-ın bircə cümləsi qədər yaradıcılığı olmayan,amma Tahir Talıblıya "ədəbiyyat" dərsi keçmək istəyən Avdı Qoşqara mən burada yazdıqlarımdan da artıq cavab verərdim.Sadəcə olaraq susdum.Bığ və saqqalı da nəzərə aldım.Siz bığ saxlasanız da saqqaldan xəbəriniz olmayıb.

Avdı Qoşqar,unutmayın mən arada karvana hörmət edirəm.

Savalan Talıblı
Analoq.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]