Maraqlı

”Sultan” animasiya studiyası yeni milli çizgi filmlərinin istehsalına başlayıb (VİDEO)

12-04-2017, 01:44


Xeberman.com-un verdiyi məlumata görə,”Sultan” animasiya studiyası yeni milli çizgi filmlərinin istehsalına başlayıb."Sultan" animasiya studiyasının yaradıcısı Sultan Abbasbəyli Xeberman.com-a bildirib ki,Biz müasir formatda, yüksək keyfiyyətdə milli çizgi filmlərinin istehsalına başlamışıq, ancaq bizim davamlı şəkildə fəaliyyətimiz üçün maddi dəstəyə çox böyük ehtiyacımız var. Azərbaycanda milli cizgi filmlərinə tələbi nəzərə alaraq biz bu işə başladıq. Səbəb kimi Sultan Abbasbəyli bildirib ki, Yerli tv kanallarımızda demək olar yanlız xaricdə istehsal olunan animasiyalar yayımlanır ki, bunun da fəsadları çoxdur.Bu cizgi filmlərindən bəziləri daha da baxımlı olsun deyə (valideynləri də, böyükləri də cəlb etsin deyə) uşaq psixologiyasına mənfi təsir edəcək görüntülərlə dolu olur, və ən əsas problemlərdən biri də uşaqların balaca vaxtlarından öz dilimizdə deyil, izlədikləri cizgi filmlərdə olan əcnəbi dillərdə danışmalarıdır. Bu baxımdan mütəmadi olaraq yerli cizgi filmləri çəkilməlidir, və kanallar vasitəsilə nümayiş olunmalıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]