Maraqlı

Bu şəhərdə köhnə avtomobillər qadağan ediləcək

15-03-2017, 06:47
İspaniyanın paytaxtı Madridin rəhbərliyi köhnə avtomobillərin hərəkətini qadağan etməyi planlaşdırır.



Trend-in məlumatına görə, bu addım benzinlə işləyən və 2000-ci ildən əvvəl qeydiyyata alınan maşınlara və dizellə işləyən avtomobillərə şamil olunacaq.



Şəhər meriyasının yaydığı məlumatda qeyd olunur ki, 2020-ci ildən etibarən bu avtomobillərə yerüstü parkinq qadağan olunacaq, 2025-ci ildən isə onların istifadəsi tamamilə qadağan olunacaq.



Qeyd olunur ki, bu addımlar şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün atılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]