Maraqlı

Gizli kəşfiyyata qız agentlər axtarılır: - tələb olunan özəlliklər

5-03-2017, 14:20
İngiltərənin Gizli Kəşfiyyat Xidməti (Secret Intelligence Service) və yaxud məşhur adı ilə MI6 (Military Intelligence, Section 6) reklam filmi üçün kişi və qadın agentlər axtarır.

Agentlər qarşısında qoyulan əsas tələb Ceyms Bond (Ceyms Bond, həmçinin Agent 007 Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı – red.) kimi "dəbdəbəli və elit” olmamaqdır.

MI6-nın axtardığı agentlər həmçinin digər tələblərə də cavab verməlidir. Onlar fərqli mədəniyyətlərlə tanış olmalı, fərqli insanlarla məşğul olmağı bacarmalı, başqalarının duyğularını oxuya bilməli, insanlarla əlaqə yaratmaq və onları motivasiya etmək qabiliyyətinə sahib olmalı və daha böyük hədəflər üçün bir komandanın parçası olaraq işləyə bilməlidir.

MI6reklam filmi üçün ilk dəfədir ki, agentlər seçir. Filmin kinoteatrlarda bir ay ərzində nümayiş etdiriləcəyi bildirilir.

Dünən "The Guardian” qəzetinə danışan MI6-nın rəhbəri Aleks Yanger gizli xidmətin "dəbdəbəli və elit” imicini dəyişdirmək istədiyini söyləyib. Kəşfiyyat şefi qaradərili və asiyalı İngiltərə vətəndaşlarının da təşkilata qatılması üçün xüsusi səy göstəriləcəyini deyib.
MI6 yaxın illərdə tərkibinin genişləndirmək niyyətindədir. Ümumilikdə, təşkilatın agentlərin 3500-ə çatdırılması nəzərdə tutulur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]