Maraqlı

Bu gün tarixdə: Kim doğuldu, kim öldü...

20-02-2017, 13:55
Fevralın 20-i Dünya Sosial Ədalət Günüdür. BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədilə 2009-cu ildə təsis edilib. Bu gün tarixdə baş verən digər hadisələrə də nəzərə salaq:

1948 - İkinci Dünya Müharibəsindən sonra İosif Stalin tərəfindən sosialist düşərgəsinə təzəcə daxil edilmiş Çexoslovakiyada ilk antikommunist çıxışları başlanıb. 1978 - Leonid Brejnev SSRİ-nin ən yüksək hərbi təltifi, "Qələbə" ordeninə layiq görülüb.

1992 -Azərbaycan Respublikası Avstriya ilə diplomatik əlaqələr qurub.

1996 -Azərbaycan Respublikası Sloveniya ilə diplomatik əlaqələr qurub.

Bu gündə doğulanlar:

1844-cü ildə Lüdviq Bolsman - avstriyalı fizik dünyaya göz açıb.

1928-ci ildə Azərbaycanlı şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylı dünyaya göz açıb.

1953- cü ildə alim, tarix elmlər doktoru Solmaz Rüstəmova-Tohidi doğulub.

Bu gündə dünyasını dəyişənlər:

1063 –cü ildə Salar ibn Yezid dünyasını dəyişib

2009 –cu ildə Azərbaycanın ilk siyasi elmlər doktoru Rövşən Mustafayev dünyasını dəyişib.

2014 –cü ildə aktrisa Firəngiz Şərifova dünyasını dəyişib. Nigar Məhərrəm

Administratorla əlaqə

077 611-55-22

[email protected]