Maraqlı

Məhəmməd Əmin Rəsulzadə "Bolşeviklərin Şərq siyasəti" kitabında Şah İsmayıl Xətai haqqında yazıb:

1-02-2017, 15:53
"İllərdən bəri çevrələrdəki xalq kütlələri üzərində, bütün Türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir İran (fars) sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisəsi isə həqiqətdə bir Türk sufisi və azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə Türk qüvvəti idi. Bu məzhəb Türkmən qəbilələri, bu qüvvətin kökünü təşkil edirdi. Onun sadə bir Türkcə yazılan ilahiləri rəsmi hüdudların çox irəlilərində belə Türk topluluqlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı AZƏRBAYCAN TÜRK ƏDƏBİYYATININ YARADICI OCAĞI VƏ BİR AKADEMİYASI İDİ. Səfəvi sarayının rəsmi dili də Türkcə idi. Rəsmi Türk dövlətlərində misali yox ikən, çevrəsindəki Türkdilli şairlər Şah İsmayıla "Türki-tacdar" deyə xitab edirlərdi... Türk ədəbiyyatının parlaq günəşi Füzuli bu dövrün böyük sənətkarıdır. Sadəcə Azərbaycan deyil, bütün Türk mədəniyyətinin bu böyük işıldağı məşhur "Bəngü-badə"sini şəxsən Şah ismayıla ithaf etmişdir".
#Tariximizin_Mühafizəkarıyıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]