Maraqlı

6 yaşlı uşağın inanılmaz bacarığı – VİDEO

24-01-2017, 11:24

Xeberman.com ARB TV-yə istinadla xəbər verir ki, onu yaşıdlarından fərqləndirən cəhəti uşaq yaşından riyazi biliyinin güclü olmasıdır. O, riyazi əməliyyatları saniyələr ərzində, hətta kalkulyatrodan əvvəl hesablayır. 15 ədəd 2 rəqəmli ədədi barmaqları ilə qısa müddətdə toplamağı bacarır.
Seyfullahəlinin valideynləri ondakı bacarığı, güclü yaddaşı 5 yaşında olarkən kəşf ediblər. Bundan sonra barmaqla hesablama metodunu öyrənmək üçün o, müəllim yanına göndərilib. Yaşıdların 1 ilə öyrəndiyi proqramı Seyfullahəli 7 aya başa vurub. Bunda isə ona güclü hafizəsinin olması kömək edib.
O, təkcə toplama ilə çıxmanı deyil, barmağı ilə iki rəqəmli ədədləri biri-birinə, eyni zamanda 4 rəqəmli ədədi tək rəqəmə vura bilir. Ailəsi Seyfullahəliyə bu biliyini daha da inkişaf etdirməkdə dəstək olur. Arzuları isə balaca istedadın gələcəkdə kimyagər olmasıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]