Layihə

Beynəlxalq forum İlhan Aşkının müdafiəsinə qalxdı

28-10-2016, 15:53

Beynəlxalq forum İlhan Aşkının müdafiəsinə qalxdı İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan nümayəndəliyi diaspor fəalı İlhan Aşkının hüquqlarının müdafiə olunması ilə bağlı müzakirələr keçirib. Qurumun mətbuat xidmətindən Xeberman.com-a bildirilib ki, Beynəlxalq Forumun təmsilçiləri diaspor fəalının müdafiəsi üçün təkliflərini veriblər, Azərbaycan dövləti və cəmiyyətinin onu müdafiə etməli olduğunu vurğulayıblar. Toplantıda İlhan Aşkının müdafiəsi ilə bağlı bir sıra tədbirlərin, o cümlədən Hollandiyanın Azərbaycandakı səfirinə müraciət, bu mövzuda hüquq müdafiəçilərinin iştirakı ilə dəyirmi masanın keçirilməsi, vəkillərin tutulması və sair tədbirlərin həyata keçirilməsi üçün qərarlar qəbul olunub.

Qeyd edək ki, İlhan Aşkın Hollandiyadakı Azərbaycan Türk Mədəniyyət Dərnəyinə rəhbərlik edir və bu günə qədər Azərbaycanın və Türkiyənin haqq işinə xidmət göstərir, qondarma "erməni soyqırımı" iddialarının, Qarabağda erməni işğalı, terrorçuluğunun ifşa olunması istiqamətində yorulmadan çalışır. Ermənilər Hollandiya məhkəmələrinə təzyiq edərək, əsassız iddialarla onu cəzalandırmağa çalışırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]