Layihə

Müvəkkil Hüquq Mərkəzi Qazax rayonunda “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar üçün təlim keçirib.

23-10-2016, 21:01

Müvəkkil Hüquq Mərkəzi Qazax rayonunda  “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar  üçün təlim keçirib.Təlim Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə

"Əhali arasında "Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutub.

 

Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olmasına diqqət çəkib.

Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla aparılmışdır. Təlim "Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri" və "Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili" mövzusunda aparılıb.

Təlimlərin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 2 qrup üzrə komanda çalışmalarında iştirak etmiş və təqdimatlar hazırlamışlar.

Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.

 

  Müvəkkil Hüquq Mərkəzi Qazax rayonunda  “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar  üçün təlim keçirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]