Layihə

Müvəkkil Hüquq Mərkəzi Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edib

10-10-2016, 02:14

Müvəkkil Hüquq Mərkəzi Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edibMüvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əhali arasında "Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edib.

 

Təlim Gəncə şəhəri İcra Hakimiyyətində keçirilib. "Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda keçirilən təlimdə 10 sahibkar iştirak edib.

Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olmasına diqqət çəkib.

Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla aparılmışdır. Təlim "Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri" və "Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili" mövzusunda aparılıb.

Təlimlərin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 3 qrup üzrə komanda çalışmalarında iştirak etmiş və təqdimatlar hazırlamışlar.

Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.

Müvəkkil Hüquq Mərkəzi Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edib

Administratorla əlaqə

077 611-55-22

[email protected]