Layihə

Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur.

11-09-2016, 03:25

Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur.Bayram günlərində hər bir imkanlı müəslman öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur. Bu qəbildən keçirilən tədbirlərdən biri rayon İcra Hakimiyyətinin Qurban bayramı münasibəti ilə təşkil olunmuş bayram tədbiri olmuşdur.

Rayon Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəsimi  rayon Təşkilatının, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri, burada məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Nəsimi  rayon İcra Hakimiyyəti Başçısının I müavini Yavər Allahverdiyev çıxış edərək müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur.əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 3000-dən çox ailəyə qurban payları təqdim edilmişdir.

Tədbirdə çıxış edən  ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

 
Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur.
Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur.
Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur.
Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur.
Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur.
Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunmuşdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]