Layihə

“Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilmişdir.

13-08-2016, 23:20

“Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilmişdir.12 avqust 2016-cı il tarixdə S.Vurğun adına Mərkəzi kitabxanada Bərdə rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı və fəal gənclərin iştirakı ilə "12 avqust Beynəlxalq Gənclər günü” nə həsr olunmuş "Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq gəncləri təşkilatçılar adından bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara təhsildə və gələcək işlərində uğurlar arzuladı. Sonra o, qeyd etdi ki, bu “Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilmişdir.qərar 8-12 avqust 1998-ci il tarixlərdə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilmişdir. Bu gün BMT-nin qərarı ilə gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə 1999-cu ildə müəyyən edilib və 2000-ci ildən qeyd olunur. 2009-cu ilin dekabrında BMT Baş Assambleyası 2010-cu ili Beynəlxalq Gənclər ili elan etdi. A.Qasımov Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bugünkü uğurlu davamından, müasir azərbaycan gəncinin artiq dünyaya inteqrasiya etməsindən, ölkə başçısının azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan, gəncliyin hərtərəfli inkişafı üçün qəbul edilmiş Proqramlardan, imzalanmış Fərman və Sərəncamlardan, Gənclər və İdman Nazirliyinin və onun yerlərdə olan “Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilmişdir.idarələrinin bu sahədə fəaliyyətindən danışdı.

Rayon İcra Hakimiyyətinin istimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov çıxış edərək rayon İcra Hakimiyyəti başçısı cənab Vidadi İsayevin təbriklərini və ən xoş arzularını gənclərə çatdırdı, ölkəmizdə gedən ictimai-siyasi prosesslərdən və bu proseslərdə gənclərin rolunun əhəmiyyətindən danışdı. Dövlət gənclər siyasətinin - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemi olduğunu bildirdi və rayonda gənclərin məsul vəzifələrə irəli çəkilməsindən, onların asudə vaxtlarının səmərəli keçirilməsi “Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilmişdir.üçün görülən işlərdən və s. danışdı.

Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Avtab Cəbrayılova rayonumuzda 42 mindən yuxarı yeniyetmə və gəncin yaşamasından, onlara göstərilən diqqət və qayğıdan, 2016-cı ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışaraq qeyd etdi ki, dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov, fəal “Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilmişdir.gənclərdən Röyal Əliyev, Mətləb Cəfərov və başqaları çıxış edərək gənclərin vətənpərvərlik və mənəvi tərbiyəsi, intellektual inkişafı və elmə həvəsləndirilməsi, dünyagörüşünün artırılması və rayonda gənclərin sosial şəbəkələrdən istifadəsindən danışaraq, müəyyən problemlərin həllində maarifləndirmə işinin əhəmiyyətini xüsusi qeyd etdilər.

Bərdə rayon Gənclər və İdman idarəsinin keçirdiyi tədbirlərdə yaxından iştirakına və göstərdikləri köməyə görə bir qrup fəal gənc idarənin Fəxri Fərmanı ilə təltif edildi.

Tədbirin sonunda Gənclər və İdman idarəsinin könüllüləri tərəfindən hazırlanmış musiqi nömrələri iştirakçılara təqdim olundu.

Tədbirə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov yekun vuraraq rayon gənclərini ölkəmizdə və eləcə də qədim Bərdəmizdə gedən ictimai-siyasi proseslərdə, quruculuq-abadlıq işlərində fəal olmağa çağırdı.

 
“Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilmişdir.
“Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilmişdir.
“Azərbaycan gəncliyi: inkişaf və perspektivlər” mövzusunda diskussiya keçirilmişdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]