Layihə

“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)

6-06-2016, 21:02

 

“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)06 iyun 2016-cı il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gənclərin Bilik Olimpiadası”adlı layihənin növbəti seçim turu keçirilib.

Seçmə turun rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, İdarənin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyin sədri Pərviz “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)Mustafayev, İctimai Birliyin baş katibi Ləman Muradova, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Seymur Ramazanov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri Aziyə Hacıyeva və fəal tələbələr iştirak etmişdir.

“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)İlk öncə qonaqları salamlayan Akademiyanın Tələbə – Gənclər Təşkilatının sədri Aziyə Hacıyeva tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir.

Sonra "Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir. L.Muradova qeyd etmişdir ki, intellektual oyunlar müasir dövrün ən prioritet məsələlərindədir və biz də ölkəmizdə bu sahədə olan istedadların üzə çıxarılmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq.

“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)Sonda çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Seymur Ramazanov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir.

“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)Rəsmi hissədən sonra "Gənclərin Bilik Olimpiadası”nın növbəti seçmə turuna start verilmişdir. Qeyd edək ki, layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçirilir və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası artıq səkkizinci təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk seçmə turu Azərbaycan Kooperasiya Universitetində, ikinci seçmə turu Bakı Biznes və Kooperasiya Kollecində, üçüncü seçmə turu "Bakı Avrasiya” Universitetində, dördüncü seçmə turu Bakı Sosial Pedaqoji Kollecində, beşinci seçmə turu "Təfəkkür” “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)Universitetində, altıncı seçmə turu "Odlar Yurdu” Universitetində, yeddinci seçmə turu isə Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmişdir. Sonda layihənin bağlanışı və bilik olimpiadanın final mərhələsi keçiriləcəkdir. "Gənclərin Bilik Olimpiadasında” qalib gəlmiş tələbələr "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaqlar.

“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)
“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)
“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)
“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)
“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)

Administratorla əlaqə

077 611-55-22

[email protected]