Layihə

ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib.

29-05-2016, 02:35

ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib.  26 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, "Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən "İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsi çərçivəsində ölkəmizi Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla gənclərin növbəti görüşü Azərbaycan Turizm və Menecment Universitetində keçirilib.

Tələbələrlə görüşdə Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, "Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov,  Uşu Sanda idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu, məşqçi Tural Cavadov və eyni titullara sahib Ruslan Nəzərov iştirak edib.

ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib.  Mərasimi "Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin sədri Ağamir Ağamirov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin əhəmiyyətini vurğulayaraq 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları haqqında gənclərə geniş məlumat vermişdir  sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə  və digər qurumlara öz minnətdarlığını bildirib.

Sonra Jui Jitse idman növü üzrə Dünya çempionu, "Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov çıxış edərək gənclərlə öz təcrübələrini paylaşdı və onlara asudə vaxtlarını səmərəli keçirmələrini, idmana maraqlı olmalarını tövsiyə edərək, beynəlxalq idman tədbirlərində ölkəmizi ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib.  layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasını vurğuladı.

Daha sonra Dünya və Avropa çempionları Tural Cavadov və Ruslan Nəzərov çıxış edərək 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq məşq prosesindən danışdılar, özlərinin və tələbələrinin İslam Həmrəylik Oyunlarında  yüksək nəticələr əldə edəcəklərindən gəncləri əmin  etdilər və idmanın inkişafı üçün yaradılan imkanlara, idmançılara  göstərilən diqqət və qayğıya görə ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib.  dövlətimizin başçısına öz minnətdarlığını bildirdilər.

Sonda idmançılar gəncləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan idmanının tarixini idmançılarımızın əldə etdikləri uğurları əyani şəkildə göstərmək, gəncləri 2017 -ci  ildə keçiriləcək İslam Həmrəylik Oyunlarında idmançılara dəstək olmalarına. Onlara idmanın əhəmiyyət və vacibliyinin çatdırılması,  ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib.  sağlam həyat tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş imkanlardan gənclərin yararlanması, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır.

ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib.   

ATMU tələbələrinin Dünya və Avropa çempionları ilə görüşü keçirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]