Layihə

“Gənclərin ideya məktəbi” başladı.

16-01-2016, 18:47
“Gənclərin ideya məktəbi” başladı. 

"Gənclərin ideya məktəbi” başladı.
 
16 yanvar 2016-cı il tarixində Sumqayıt şəhəri, Reduco Tədris Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Nabat Atayeva tərəfindən icra olunan "Gənclərin ideya məktəbi” layihəsinin təqdimatı və təlimi təşkil edilmişdir. İlk öncə çıxış edən layihə rəhbəri Nabat Atayeva layihə və onun məqsədi, qarşıya qoyulmuş vəzifələr, Gənclər Fondu haqqında geniş məlumat vermiş, iştirakçılara uğurlar arzulamışdır.
 
Online seçim əsasında "məktəb”ə qəbul edilmiş gənclər Ceyhun Hüseynzadənin təqdimatında "Event managment” mövzusunda keçirilən təlimi maraqla qarşılayıblar. İnteraktiv metodlarla keçirilən təlimdə iştirakçılar yeni ideyalar, idarəetmə, uğur formulu və digər maraqlı müzakirələrdə fəal iştirak ediblər. Nəzəri hissədən sonra qruplar praktiki işlərini hazırlayaraq auditoriya önündə təqdim ediblər. Gənclər layihənin kreativliyi, tədbirlərin dinamikliyi və əhəmiyyətliyi barəsində müsbət fikirlər səsləndiriblər. Layihənin əsas məqsədi "Gənclərin ideya məktəbi” vasitəsilə ölkəmizin ümumi inkişafında gənclərin rolunun daha da artırılmasına dəstək göstərməkdən ibarətdir.
 
xeberman.com
 
“Gənclərin ideya məktəbi” başladı.“Gənclərin ideya məktəbi” başladı.“Gənclərin ideya məktəbi” başladı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]