Layihə / Foto Fakt

Sosial mediada mənəvi-əxlaqi dəyərlərin qorunması: YOLLAR AXTARILIR- FOTOLAR

21-05-2017, 03:28
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Sosial mediada mənəvi-əxlaqi dəyərlərin qorunması və davranış qaydalarına riayət olunması üçün ictimai səfərbərlik yolları” layihəsi çərçivəsində Quba şəhərində ictimai müzakirə keçirib.

Xeberman.com xəbər verir ki, ictimai müzakirədə sosial mediada əxlaq və mənəvi dəyərlərin qorunması, istifadəçilərin müqavilə öhdəliklərinə əməl etməsi və müqavilə şərtlərinin pozulmasına görə məsuliyyət, sosial mediada “terror”, bunun insanların həyatına və ictimai təhlükəsizliyə təsiri, onunla mübarizədə ictimai səfərbərlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Quba şəhər Mədəniyyət Mərkəzində keçirilən təbdirdə rayon ictimaiyyət nümayəndələri, tələbələr, fəal gənclər, media nümayəndələri, bloggerlər, QHT nümayəndələri iştirak ediblər.

Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov tədbiri açaraq, layihə və layihədən gözlənilənlər haqqında geniş çıxış edib. O bildirib ki, sosial mediada və şəbəkələrdə, xüsusən də “Facebook”da əxlaq və mənəvi dəyərlərin aşınmasına qarşı ictimai müqavimətin təşkili üçün bloqgerlərin, sosial şəbəkə adminlərinin proseslərə nəzarətinin gücləndirilməsi və gənclərin prosesə cəlb edilməsi vacibdir:

“Hazırda saxta profillərlərin ictimai-siyasi, tanınmış adamları, öz fikrini açıq ifadə edənləri hədəfə alması ciddi problemə çevrilib. Layihə bunun aradan qaldırılması üçün mümkün yolların təbliğində mühim rol oynnayacaq. Bu gün ən böyük və ciddi təsir vasitələrindən biri sosial mediadır. Sosial media həyatımıza elə daxil olub ki, artıq çap mediasını, o cümlədən elektron KİV və onlayn medianı belə qabaqlayır. İstər-istəməz cəmiyyət onun təsirinə düşür.



Sosial mediada bir çox hallarda aparılan təbliğat milli-mənəvi dünyagörüşümüzə, əxlaq prinsiplərinə, habelə ictimai təhlükəsizliyə qarşı çevrilir. Bununla da özümüzü və dünyagörüşümüzü, əxlaq normalarımızı çox zaman təhlükədə hiss edirik. Bəs bu necə baş verir? On minlərlə istifadəçi sosial medaida saxta profillərlə bu prosesin iştirakçısıdır. Ona görə də hesab edirik ki, bunun qarşısnın alınmasına üçün ictimai müqavimətin təşkili və ciddi şəkildə ictimai səfərbərlik həyata keçirilməlidir. Bu kimi ciddi səbəblərdən hesab edirik “sosial media terroruna” qarşı bir ictimai səfərbərlik təşkil olunmalıdır. Milli-mənəvi, dini dəyərlərimizi qorumaq, etik davranış qaydalarının qorunmasına, əxlaq normalarının pozulmamasına qarşı müqavimət yaratmaq mümkündür. Xüsusən bununla gənclərimizi hazırkı sosial media böhranının təsirindən qorumaq mümkündür”.

Quba rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin sektor müdiri Aynur Yəhyayeva çıxışı zamanı bildirib ki, bu gün sosial şəbəkədə məqsədli şəkildə yayılan yanlış informasiyalar ciddi problemlərə səbəb olur: “Bu gün sosial şəbəkə sanki şantaj üsuluna çevrilib. Hər kəs bundan öz məqsədləri üçün istifadə etməyə,

maraqlarını təmin etməyə çalışır. Nəticədə isə kimlərsə təhqirlə, böhtanla üz-üzə qalırlar.

Təbii ki, bu gün mümkün olan bütün üsullarla bunun qarşısının alınması vacibdir. Hesab edirəm ki, bu layihə problemin müəyyən qədər aradan qaldırılması üçün effektli olacaq”.





Tədbirdə çıxış edən layihənin eksperti Vilayət Muxtar ilk olaraq sosial şəbəkələrin müsbət tərfinə toxunub: “Sosial şəbəkələr bu gün böyük dünyanı kiçik bir mərkəzdə birləşdirir. Bir çox şəxslər sosial şəbəkələr vasitəsilə doğru informasiyalar alır, yayır. Şəxslərin rabitəsində də sosial mediya kifayət qədər effektli bir vasitədir. Ancaq təbii ki, sosial medianın bu müsbət cəhətlərindən mənfi mənada da istifadə edilir. İctimai nüfuzlu, tanınmış şəxslərin, məmurların bu gün məhz sosial şəbəkələr vasitəsilə təhqir olunur.

Bunun başlıca səbəbi isə sosial şəbəkədə saxta hesabların geniş yayılması və şər, böhtan xarakterli məlumatların rahat şəkildə paylaşılmasıdır. Və ən əsası bu günə qədər heç bir cza tədbirlərinin görülməməsi də problemin dərinləşməsinə səbəb olan amillərdəndir. Dəfələrlə şahidi olmuşuq ki, saxta profillərlə siyasətçilər, dövlət nümayəndələri və digər şəxslər təhqir olunur, ölkəmizin təhlükəsizliyinə zərər verən informasiyalar yayımlanır. Xüsusən də bununla məşğul olan bir qrup formalaşıb. Bu qrup öz maraqları naminə istənilən böhtan və şantajı sosial medianın imkanlarından istifadə edərək həyata keçirir. Hətta



Azərbaycan və bölgənin ən böyük problemi olan Qarabağ münaqişəsi ilə bağlı da bu cür yalan, yanlış informasiyalara rast gəlirik. Bunun ən bariz nümunəsini isə aprel döyüşləri zamanı müşahidə etdi. Bəzi özünün azərbaycanlı adlandıran, ancaq vətən, millət, dövlət sevgisi olmayan şəxslər sosial mediya vasitəsilə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməyə çalışdılar. Təbii ki, Azərbaycan xalqı ordunun gücünə, qüdrətinə bələd olduğu üçün həmin şəxslər öz istəklərinə çata bilmədilər”.

Tədbirdə çıxış edən aktiv facebook istifadəçilərindən olan, “Quba” səhifəsinin admini Rübabə Musayeva da həmçinin bu gün sosial şəbəkədə yaşanan problemlərdən danışdı. R.Musayeva qeyd etdi ki, bu gün sosial şəbəkələrdə ən çox problemlərlə üzləşən məhz xanımlardır: “Səhifədə, şəxsi hesabda hər hansı bir şəkil, məlumat paylaşan kimi bəzi

istifadəçilər rəy bölümündə lazımsız fikirlər bildirirlər. Məlumatı paylaşan xanımın şəxsi profilini onlarla, yüzlərlə mesaj ünvanlayırlar. Heç birinin də paylaşılan məlumata ümuiyyətlə aidiyyatı olmur. Gələn mesajlar, rəylər daha çox narahatedici sözlərdən ibarət olur”.

Azərbaycan Dövlət Pedaqoji İnistitu Quba filialının tələbəsi, aktiv facebook istifadəçisi Zülfiqar Mayılov isə sosial mediadan yalnız məlumat toplamaq, araşdırma aparmaq üçün istifadə etdiyi vurğuladı.

Daha sonra müzakirə iştirakçıları çıxış edərək problemin səbəbləri və bunun aradan qaldırılması yolları haqqında öz fikirlərini bölüşüblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]