Layihə / Foto Fakt

Həştərxanda Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib

6-05-2017, 01:39

Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi ilə bağlı vilayətin qubernatoru A.Jilkin tərəfindən təsdiq edilmiş tədbirlər planı çərçivəsində 5 may 2017-ci il tarixdə Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı orta məktəbində bir sıra açıq dərslər keçirilmişdir.

Bütün dərslərdə şagird və müəllimlərlə yanaşı Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, diaspora nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycanın qurulmasında və inkişafında, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu öndərin əvəzsiz rolundan danışılıb. Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın təzahürüdür.

Öz növbəsində şagirdlər açıq dərslərə yaradıcılıqla yanaşaraq yerli azərbaycanlılardan müsahibələr götürmüşlər və “Heydər Əliyevin xatirəsinə” adlı qəzet hazırlamışlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]