Layihə

“Bədən. İnsan. Səs” sosial layihəsinin himni təqdim olundu - Video

5-02-2017, 22:50
“Bədən. İnsan. Səs” sosial layihəsinin  himni təqdim olundu - Video
Kult.az Musavat.com-a istinadla bildirir ki, layihənin “Birlik” (“Together”) adlı himni bu günlərdə ictimaiyyətə təqdim olunub.

Layihənin rəhbəri Səid İsmayılzadə bildirib ki, himndə müxtəlif əqli və fiziki məhdudiyyəti olan şəxslərin, din, irq, milliyət və mədəniyyət təmsilçilərinin birliyi əks olunub: “Himn tamamilə musiqi alətləri istifadə olmadan yazılıb, yəni, yalnız insanların bədən və ruhlarının səsləri ilə hazırlanıb. “Together” adlanan bu mahnı insanlar arasında olan birliyi təcəssüm etdirir. Bu cür layihələr insanlar arasında olan sədlərin yumşalmasına və cəmiyyətdə olan zorakılığın, aqressiyanın azalmasına xidmət edir”.

Səid İsmayılzadə onu da qeyd edib ki, himnin yaranmasında 100-dən çox insan iştirak edib.

Xatırladaq ki, ötən ilin dekabrında “Bədən. İnsan. Səs” sosial layihəsinin təqdimatı keçirilmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]