Layihə

9 QHT-nin hesabından həbs götürülüb

27-01-2017, 15:21
"Ötən il Azərbaycanda 9 Qeyri-Hökumət Təşkilatının (QHT) hesabından həbs götürülüb, 8 QHT-yə qarşı açılmış cinayət işinə son qoyulub".

Xeberman.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ilin yekunlarına həsr olunan tədbirdə Şura sədri, millət vəkili Azay Quliyev deyib.

Onun sözlərinə görə, 2016-cı ildə 556 QHT-nin layihəsi Şura tərəfindən maliyyələşdirilib:

"Şuranın qarşısında duran əsas məsələlərdən biri QHT-lər üçün informasiya dəstəyinin təmin edilməsidir. Ötən il Şura QHT-nin üzləşdiyi problemlərin həlli istiqamətində də çox fəal iştirak edib. Bir çox QHT-lərin üzləşdiyi problemlərlə əlaqədar hökumətlə dialoqda olub və nəticədə 9 QHT-nin hesabından həbs götürülüb, 8 QHT-yə qarşı açılmış cinayət işi və yaxud vergi orqanları tərəfindən başlanmış istintaq-əməliyyat işlərinə son qoyulub, bir QHT haqqında başlanmış cinayət işi isə dayandırılıb. Eyni zamanda, 10-larla QHT nümayəndələrinə sərhəd-keçid məntəqələrində tətbiq edilən məhdudiyyət və yaxud yoxlamalar aradan qaldırılıb. 15 QHT-nin qeydiyyat problemi öz həllini tapıb".

Daha sonra qurumun icraçı direktoru Fərasət Qurbanov hesabat xarakterli məruzə ilə çıxış edib. Tədbirdə ötən il fərqlənmiş QHT nümayəndələri mükafatlandırılıblar. Tədbir müzakirələrlə davam edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]