Layihə

Radə Telmanqızı: Uşaq hüquqlarının müdafiəsi günümüzün vacib məsələlərindən biridir.

8-01-2017, 15:57
Radə Telmanqızı: Uşaq hüquqlarının müdafiəsi günümüzün  vacib məsələlərindən biridir.

Xeberman.com-un verdiy məlumata görə, gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı Ofisi, Avropa İttifaqının birgə layihəsi olan "Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində "Aztəminatlı ailələr üçün uşaq hüquqları üzrə hüquqi xidmət mərkəzi” fəaliyyətini uğurla davam etdirir.

 

 

 

GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova bildirib ki, Mərkəzə 1 il ərzində Ağcabədi, Bərdə ,Beyləqan və Ağdam rayonları üzrə, eləcə də bu rayonlarda məskunlaşan məcburi köçkünlər tərəfindən sosial müavinətlər,uşağın sağlamlıq hüquqları , aliment tələbi və ya aliment tələbinin yerinə yetirilməməsi, əlilliyi olan uşaqların hüquqları, uşağın əmlak hüququ,zorakılığa məruz qalmış uşağın hüquqları, uşağın təhsil hüququ üzrə ümumilikdə 358 müraciət daxil olmuşdur . Müraciətlər arasında ən çox sosial müavinətlər üzrə (204), uşağın sağlamlıq hüquqları üzrə (140), əlilliyi olan uşaqların hüquqları üzrə (84),alimentlə bağlı (47) müraciətlər üstünlük təşkil edir. Bu isə layihədən bəhrələnən 654 uşağın hüquqlarının müdafiəsi deməkdir,Onu da qeyd etmək lazımdır ki, bu müraciətlər arasında bir neçə xidmətdən eyni vaxtda istifadə edənlər də az deyil.

 

 

Xidmətin daha da əlçatan olması məqsədilə layihə çərçivəsində mobil xidmət göstərilməklə mərkəzin sosial işçiləri və hüquqşünasları tərəfindən yerlərə səfərlər təşkil edilir.Bu isə problemin yerindəcə öz həllini tapmasına birbaşa köməklik göstərir.

 

Cari ildə layihə çərçivəsində məişət zorakılığı hallarının azaldılmasına dəstək məqsədilə "Zorakılıqdan uzaq uşaqlıq” adlı strategiya çərçivəsində maariflndirici tədbirlərin həyata keirilməsinə start veriləcək.


Administratorla əlaqə

077 611-55-22

[email protected]