Kriminal

Avtomobillərin icbari sığortası internetlə satılacaq

11-09-2016, 02:29
Avtomobillərin icbari sığortası internetlə satılacaq

Azərbaycanda avtomobillərin icbari sığortasının elektron satışına başlanacaq. 

Xeberman.com xəbər verir ki, Fins.az-ın məlumatına görə, hələ fevral ayının 16-da "İcbari sığortalar haqqında” qanuna edilən dəyişikliklərdə icbari sığorta müqavilələrinin elektron qaydada da bağlanması nəzərdə tutulub. 

Bunun üçün vətəndaşlar elektron imzadan istifadə edərək və elektron sənəd əldə edəcəklər. 
İcbari Sığorta Bürosundan verilən məlumata görə, hazırda elektron müqaviləyə keçidlə bağlı sistemdə texniki işlər görülür.

2-3 ay ərzində bununla bağlı bütün işlərin yekunlaşacağı gözlənilir. Bu ilin sonuna kimi avtomobillərin icbari sığortasının elektron qaydada satışına başlanacaq.

Qeyd edək ki, icbari sığortanı elektron qaydada əldə etmək üçün sürücülər elektron imza almalı olacaqlar. Avtomobil sahibləri ya Elektron Hökumət portalı vasitəsilə, ya da poçt bölmələrinə yaxınlaşaraq elektron imza ala bilərlər.

Bunun üçün yalnız şəxsiyyət vəsiqəsi və sürücünün istifadə etdiyi mobil telefon nömrəsi lazımdır. Sürücü qeydiyyatdan keçdikdən sonra istifadəçi login və parolu telefona SMS-lə göndərilir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]