Kriminal

Bakıda 20 yaşlı qızı 4 nəfər zorladı

27-08-2016, 15:22

Bakıda 20 yaşlı qızı 4 nəfər zorladıBakının Nərimanov rayonu ərazisində qrup şəklində zorlanma hadisəsi qeydə alınıb. Nərimanov rayon Polis İdarəsindən bildirilənə görə, iyul ayının 2-də 1994-cü il təvəllüdlü Ceyran Qasımova (ad və soyad dəyişdirilib) qrup şəklində zorlanma şikayəti ilə müraciət edib. Ərizəyə əsasən Ceyran Qasımova iyun ayının 30-da Müjgan adlı tanışı ilə 04.00 radələrində H.Əliyev 119 ünvanında yerləşən "Deluxe” otelinə yollanıblar.

Orada dörd nəfər naməlum kişi onun içkisinə yuxu dərmanı atıb. Bundan sonra onun köməksiz vəziyyətindən istifadə edən kişilər onunla cinsi əlaqəyə giriblər. Ceyranın bədbəxtlikləri bununla bitməyib. Təxminən 11.00-da elə həmin oteldə Tərlan adlı şəxs onun köməksiz vəziyyətindən istifadə edib və ona seksual xarakterli hərəkətlər edib. \vesti.az\

Administratorla əlaqə

077 611-55-22

[email protected]