Kriminal

Mobil telefonların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb

27-08-2016, 13:13
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan ərazisinə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Xeberman.com-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 15 ədəd "Samsung” markalı mobil telefon və mobil telefonlara aid xeyli miqdarda aksesuar aşkar edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]