Kriminal

Beyləqanda AXCP fəalı saxlanıb

19-08-2016, 22:15
Avqustun 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Beyləqan rayon şöbəsinin fəalı Vasif Fətiyev saxlanıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının deyir ki, Vasif Fətiyevi küçədə polis tutub.

Gözəl Bayramlının sözlərinə görə, həmin vaxt AXCP Beyləqan şöbəsinin sədri Füzuli Qəhrəmanlı da təzyiqə məruz qalıb.

"Vasif Fətiyevin saxlanmasının səbəbləri bəlli deyil”, o qeyd edib.

Ancaq, hələlik, Vasif Fətiyevin saxlanması ilə bağlı deyilənlərə Beyləqan Rayon Polis Şöbəsindən münasibət öyrənmək mümkün olmayıb.

Avqustun 18-də AXCP-nin iki üzvü də saxlanmışdı.

Onlardan partiyanın Suraxanı şöbəsinin fəalı Qədim Bəkirova 25 günlük inzibati həbs verilib. O, poisə tabe olmamaqda günahlandırılıb.

Digər cəbhəçi - AXCP-nin Xətai rayon şöbəsinin gənclər komitəsinin sədri Fuad Əhmədlini isə Dövlət Təhlükəsizlik Xidməti saxlayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]