Kriminal

25 yaşlı qadın iki azyaşlı uşağının gözləri önündə... - Azərbaycanda qandonduran olay

13-08-2016, 17:26

Onun həyat yoldaşının uzun müddətdir Rusiya Federasiyasında işlədiyi bildirilir.

Ucar rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Qaracallı kəndində qeydə alınıb. Kənd sakini, iki uşaq anası olan Gülnar Nurəddin qızı Qasımova özünü yaşadığı evin artırmasından asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

Bu gün Ucar rayonunda baş verən intihar hadisəsinin bəzi təfərrüatı məlum olub. Ucar rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, özünü asan iki uşaq anası, 1991-ci il təvəllüdlü Gülümnar Qasımova iki azyaşlı uşağı birgə yaşayırmış. Onun həyat yoldaşının uzun müddətdir Rusiya Federasiyasında işlədiyi bildirilir.

Şöbədən verilən məlumatda o da qeyd edilib ki, 25 yaşlı qadın evin həyətində, iki azyaşlı uşağının gözlərinin önündə özünü asaraq intihar edib. Gənc qadının intiharına nəyin səbəb olduğu isə hələ ki bilinmir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]