Kriminal

Göygöldə ağır qəza: ölən var

12-06-2016, 20:10

Göygöldə sürücünün ölməsi ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon Əliyaqubli kənd sakini, 1943-cü il təvəllüdlü Ağamməd Allahverdiyev idarə etdiyi "VAZ21014” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]