Kriminal

Goranboyun 23 yaşlı sakini qətlə yetirilib

2-11-2015, 18:06
Goranboyun 23 yaşlı sakini qətlə yetirilib


Goranboyda qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Nizami kənd sakini 1992-ci il təvəllüdlü Həsən Həsənov ürək nahiyəsindən bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 23 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə onu Rəşad adında həmkəndlisi bıçaqlayıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.

Araşdırma gedir.
musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]