Kriminal

Azərbaycanda müəmmalı qətl

31-10-2015, 20:25
Azərbaycanda müəmmalı qətl

Ağdamda 58 yaşlı qadın boğularaq öldürülüb.

Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə rayonun Ergi adlanan ərazisində, məcburi köçkünlər üçün salınan qəsəbədə baş verib. Əslən Ağdamın Güllücə kəndindən olan Südabə Bəşirova qonşuları tərəfindən məskunlaşdığı evində kəndirlə boğulmuş vəziyyətdə tapılıb. Yaxınlarının sözlərinə görə, Südabə Bəşirova qəsəbədə, 18 saylı evdə tək yaşayırmış.


Azərbaycanda müəmmalı qətl

"Biz içəri girmək istədik ki, baxaq. Polis dedi ki, girməyin özü ölməyib. Qəsdən öldürülmədir. Kəndirlə boğub öldürüblər. Pəncərəni açıblar, ayaq izləri hamısı orda idi", - deyə mərhumun bacısı oğlu Səbuhi Mehdiyev bildirib.

Azərbaycanda müəmmalı qətl

Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Yaxınları onun qarət məqsədiylə öldürüldüyünü güman edir. Hələlik evdən oğurluq olub-olmadığı bilinmir. Meyit artıq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Faktla bağlı araşdırma başlayıb.
Milli.Az

Administratorla əlaqə

077 611-55-22

[email protected]