Kriminal

Bakıda “qanuni oğrular”ın adamlarına qarşı əməliyyatın təfərrüatı - həbs edilənlərin EKSKLÜZİV FOTOLARI

29-04-2016, 00:24
Bakıda “qanuni oğrular”ın adamlarına qarşı əməliyyatın təfərrüatı - həbs edilənlərin EKSKLÜZİV FOTOLARI
Bakıda bir neçə gündür hüquq-mühafizə orqanaları tərəfindən kriminal aləmə yaxın olan şəxslərə qarşı başladılan əməliyyatların bəzi təfərrüatı məlum olub.

Xəbər veridiyimiz kimi, aprelin 25-də Sabunçu rayonu, Sabunçu qəsəbəsində vağzal ərazisində fəaliyyət göstərən kafelərdən birində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı kriminal aləmə yaxınlığı ilə bilinən 10-a yaxın şəxs həbs edilmişdi.

Əməliyyatlar eyni zamanda Bakının bir neçə rayonunda da baş tutub. Əməliyyatlar zamanı kriminal aləmlə yaxın əlaqələri olan 30-dan çox şəxs həbs edilib. 

Əməliyyatların davamı olaraq aprel ayının 27-də Sabunçu rayonunda daha 3 nəfər həbs edilib.

Musavat.com əməliyyatların təfərrüatları ilə bağlı bəzi məlumatlar və əməliyyatlar zamanı həbs edilən bəzi şəxslərin fotolarını əldə edib.

Əvvəlcə onu qeyd edək ki, əməliyyatlar zamanı həbs edilənlərin hamısı kriminal aləmin iki nüfuzlu "qanuni oğru”ları Rövşən Lənkəranski ilə "Lotu Quli” ləqəbli Nadir Səlifovun adamlarıdır.

Əməliyyatların başlama səbəbi kimi Səbail rayonu Badamdar qəsəbəsində "Bulaq” restoranında baş verən silahlı qarşıdurma göstərilir. Xatırladaq ki, restoranda baş verən silahlı insidentə görə 3 nəfər həbs edilib. Həmin şəxslərin Rövşən Lənkəranski ilə "Lotu Quli”nin adamları olduğu bildirilir. Məlumata görə, silahlı insidnetə səbəb tərəflər arasında "hesablaşma” olub.

Hadisənin araşdırılmasından sonra hüquq-mühafizə orqanları hər iki tərəfin tərəfdarlarına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. 

Sabunçu vağzalında kafedə baş tutan əməliyyat zamanı həbs edilənlər "Lotu Quli”nin adamları olub. Onlara liderlik edən isə Namiq İbayev olub. Əməliiyat baş tutmazdan bir neçə saat əvvəl Namiq İbayevin qardaşı Rəsul İbayev həbs edilibmiş. Rəsul İbayevin həbsindən sonra qardaşı Namiq İbayev və onun ətrafında olan şəxslər kafeyə toplaşaraq məlum hadisə ilə bağlı danışırmışlar. Bu zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları kafedə əməliyyat keçirib. 

Namiq İbayev və 10-a yaxın şəxs həbs edilib, bir neçə nəfər hadisə yerindən qaçıb. N.İbayevin "Mercedes” markalı avtomobilindən "Makarov” tapaçası və narkotik maddə olan heroin götürüldüyü bildirilir. Həmçinin əməliyyat zamanı N.İbayevin atası da həbs edilib.
N.İbayev həbsdə olan kriminal aləmin nüfuzlu şəxslərə iş adamlarından və başqa şəxslərdən xərac toplayaraq onlara çatdırırmış. 

N.İbayevin digər qardaşı isə hüquq-mühafizə orqanlarından qaçaraq gizlənib. Hazırda onun axtarışı davam edir. N.İbayevin "Batiya” ləqəbi ilə tanın bu qardaşı da kriminal aləmlə yaxın münasibətlərdə olub və bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Sabunçu rayonunda həbs edilənlərdən biri də Raqib adlı şəxs olub. O, əməliyyatlardan iki gün sonra yaşadığı mənzildən hüquq-mühafizə orqanlarının əməkdaşlarıl tərəfindən aparılıb.
Rövşən Lənkəranskinin Bakıdakı adamı kimi tanına Şirxan adlı şəxs də Sabunçu rayonunda həbs edilənlər arasındadır. Onun böyük qardaşı hazırda Moskvada Rövşən Lənkəranskinin etibar etdiyi şəxslərədən biridir.

Əldə etdiyimiz digər məlumata görə, əməliyyatlar davam etdirilir və yaxın günlərdə adı kriminal aləmlə hallanan daha bir neçə şəxs həbs ediləcək.

Musavat.com


 




Administratorla əlaqə

077 611-55-22

[email protected]