Kriminal

Bakıda xüsusi əməliyyat: 10 kriminal avtoritet saxlanıldı

25-04-2016, 23:43
Bakıda xüsusi əməliyyat: 10 kriminal avtoritet saxlanıldı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sabunçuda əməliyyat keçirib.

Musavat.com-a daxil olan məlumata görə, əməliyyat Sabunçu rayonunda, Sabunçu vağzalında yerləşən kafedə baş tutub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 10-a yaxın şəxs saxlanılıb. Onlar avomobillərə mindirilərək, ərazidən uzaqlaşdırılıblar. Bir neçə şübhəli şəxs isə, hadisə yerindən qaçıb.

Saxlanılan şəxslərin kriminal aləmlə yaxın əlaqələrinin olduğu bildirilir. Hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirilən ərazini nəzarətdə saxlayırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]