Kriminal

Azərbaycanlı güləşçi 4 illik cəza aldı

18-03-2016, 03:25

Federasiyanın rəsmisi idmançının səhlənkarlıq etdiyini deyib.

Dünya Güləş Birliyi Azərbaycanın gənc sərbəst güləşçisi Turxan Qurbanovu 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Güləş Federasiyasının mətbuat katibi Mayıs Musayev bu barədə məlumatı təsdiqləyib.

M.Musayev hadisənin anlaşılmazlıq üzündən baş verdiyini deyib. Federasiyanın rəsmisi idmançının səhlənkarlıq etdiyi qeyd edib:

«Turxan Avropa çempionatında 5 görüş keçirib. Həm yarımfinal, həm də bürünc medal uğrunda görüşdə uduzduqdan sonra əhval-ruhiyyəsi pozulub. Türkiyəli dopinq mütəxəssisləri ona yaxınlaşaraq, dopinq-testə dəvət ediblər. Turxan isə xeyli tər axıtdığını və yorğun olduğunu deyib, testin ertəsi gün götürülməsini xahiş edib. Razılaşıblar ki, yoxlama səhəri günə təxirə salınsın.

Atasının sözlərinə görə, vəd olunduğu vaxt isə ona bildiriblər ki, guya dopinq-testdən imtina edib və buna görə iş aktlaşdırılıb. Bir ay sonra isə ona 4 illik cəza gəlib». 

Əlavə edək ki, Turxanın 20 yaşı var. O. ötən ilin yayında İstanbuılda keçirilən Avropa çempionatında 5-ci yerə çıxıb.

Bir müddət əvvəl Azərbaycanın Ağır Atletika Federasiyasının idmançıları dopinq testlərindən keçə bilmədiyi üçün yığma komanda əvvəl 500, sonra isə 200 min AZN cəzalanıb.

Ümumiyyətlə, daha çox güc tələb edən idman növlərində dopinq qalmaqalı olur. Məsələn, tennis, ağırlıqqaldırma, velosiped kimi idman növlərində yarışan idmançılar qadağan olunmuş dərmanları istifadə edirlər. Güləşdə isə belə halla çox nadir hallarda olur. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]