Kriminal

Gəncə sakini bıçaqlanıb

10-03-2016, 02:00
Gəncə şəhər sakini bədənin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
 
APA-nın qərb bürosunun verdiyi əlumata görə şəhər sakini, 1974-cü il təvəllüdlü Elşad Daşdəmirov sol döş nahiyəsinin və bazunun kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. E. Daşdəmirovun anası onun motosikletdən yıxıldığını desə də, 42 yaşlı kişinin bıçaqlandığı ehtimal edilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]