Kriminal

Qazaxda ağır qəza: 2 yaralı

7-03-2016, 00:31

Qazax rayonunda sərnişin avtobusu "Mercedes" markalı minik maşını ilə toqquşub. "Report"-un məlumatına görə, hadisə rayon ərazisində Ağstafaçayın üzərindəki körpüdə baş verib.

"Qırmızı Körpü" istiqamətində hərəkət edən avtobusda ona yaxın sərnişin olub, xəsarət alan yoxdur.

Toqquşma nəticəsində "Mercedes"-də olan iki nəfər ağır xəsarət alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerleşdiriliblər. Hadisənin baş vermə səbəbləri araşdırılır.


 

Administratorla əlaqə

077 611-55-22

[email protected]