Kriminal

49 yaşlı şəkilinin intiharı baş tutmadı

22-02-2016, 01:26
49 yaşlı şəkilinin intiharı baş tutmadı

Şəkidə özünü asmağa cəhd edən 49 yaşlı kişi son anda kəndir qırıldığı üçün xilas olub.

Xeberman.com  xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə fevralın 21-də axşam saat 17 radələrində Şəki şəhəri P. Namazzadə küçəsi ev 38 A ünvanında baş verib.

Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü Qurban İsfəndiyar oğlu Qurbanov yaşadığı evin eyvanında travmatik şok vəziyyətdə, boynunda kəndirlə ailə üzvləri tərəfindən aşkarlanıb.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 49 yaşlı Q. Qurbanov intihar etmək məqsədi ilə özünü asıb. Lakin son anda kəndir qırılıb, Q. Qurbanov xilas olub.

Q. Qurbanov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan verən məlumata görə, Q. Qurbanov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]