Kriminal

“Hafka”nın keçmiş cangüdəni küçədə adam döydü - Fotolar

5-02-2016, 00:38
“Hafka”nın keçmiş cangüdəni küçədə adam döydü - Fotolar

Xeberman.com-un musavat.com-a istinadən məlumatına görə, "Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun keçmiş şəxsi cangüdəni "Vıqı” ləqəbli Vüqar, Bərdə rayon sakini Sahil adlı şəxsi döyüb.

Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxs Vüqarın sevgilisinə avtobusdan düşən zaman söz atıb və o, bunu görüb. Vüqar ona yaxınlaşaraq niyə söz atdığını soruşub. Zərərçəkən isə ondan üzr istəsə də faydası olmayıb. Vüqar həmin şəxsin üzünə yumruq zərbələri vurub və hadisə yerindən qaçıb.

Nəticədə zərərçəkənin dişlərı sınıb. O, 102 xidmətinə zəng edib və dərhal hadisə yerinə Nizami rayonu, 24-cü polis bölməsinin əməkdaşları gəlib.

Hadisə yerində Vüqarın dostları da olub və zərərçəkəni polisə zəng etdiyi üçün hədələyiblər. Məsələyə polis müdaxilə edib və mübahisə böyüyüb. Polis əməkdaşları izahat almaq üçün zərərçəkəni bölməyə aparıblar.

Zərərçəkənin Bərdə rayonunun Lənbəran kəndindən olduğu bildirilir.

Vüqar isə hazırda Hafiz Məmmədovun "Bağdan” şirkətinin baş ofisində işləyir. Bundan əlavə, "Bakı” klubunun da mühafizəçisidir. Onun peşəkar boksçu olduğu deyilir.

24-cü polis bölməsindən isə hadisə barədə məlumat verə bilməyəcəklərini bildiriblər: "Bu barədə heç nə deyə bilmərik. Lazımı məlumatları DİN-nin mətbuat xidmətindən öyrənə bilərsiniz”.

Qaynar.info

 


 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]