Kriminal

Deputatla oğlunun adı qətldə: ara qarışdı

3-02-2016, 15:10
İmamverdi İsmayılovla İlkin İsmayılov Könül Zalovanın ölümünə görə medianın gündəminə gəldi, ajiotaj yarandı

Öldürülən qızın maşınının seriya nömrəsi tanınmış ailəyə məxsus imiş
Deputatla oğlunun adının qətl işinə hallanması aləmi qarışdırıb. Millət vəkili İmamverdi İsmayılov və övladı İlkin İsmayılovun həftənin əsas gündəminə düşməsi ailəyə başağrısı yaradıb.
"Retro” film kimi qətl…
"Gündəm-xəbər”ə daxil olan məlumata görə, deputatın Qubada yerləşən "Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalova işində adının çəkilməsi yuxarı dairələrin diqqətinə çatıb.
Mərkəzi dairələr vəkili İmamverdi İsmayılova ciddi xəbərdarlıq edib. Deputat da məsələdən təşviş keçirərək işi ört-basdır etməyə çalışıb. Amma ötən həftənin ən qalmaqallı mövzusu kimi deputat gündəmdən çıxmayıb.
Deputat oğlunun nömrə alveri…
Məlumata görə, Könül Zalovanın idarə etdiyi avtomobilin seriya nömrəsi tanınmış ailəyə məxsusdur. Könül Zalovaya məxsus ağ rəngli "İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib. Həmçinin 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir.
Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur. Bu məsələnin üzə çıxması, deputatın ifşa olunması və ona aid olmayan bir qətlə sadəcə, nömrə biznesinə görə adının çəkilməsi bərk narahat edib.
Millət vəkili zor durumda
"Gündəm-xəbər”ə verilən məlumatda deyilir ki, İ.İsmayılov oğlunun biznesinə görə və qətllə hansı əlaqələrinin olub-olmamasına görə müəyyən dairələrə danışığa dəvət olunub. Amma bu işdə deputatın bir əlaqəsi olmadığı məlum olub. Sadəcə, adının çəkilməsi onun reputasiyasına zərbə vurub.
Qeyd edək ki, bir müddət əvvəl İlkin İsmayılovun adı 888 nömrəsi ilə bağlı qalmaqalda hallanıb. Azad istehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bir il iki ay əvvəl əvvəl İlkin İsmayılovdan təşkilat üçün KİA Sorento markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb.
Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq KİA servisə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub. 2014-cu ildə baş verən bu hadisə uzun müddət mətbuatın müzakirəsinə səbəb olub.
E.Hüseynov doğurdan da İ.İsmayılovdan aldığını və məsələyə atası İmamverdi İsmayılov qarışandan sonra həll edildiyini bildirdi. Məlumata görə, millət vəkilinin oğlu Sumqayıtda ən bahalı avtomobil nömrələrinin qara bazarda satışını həyata keçirirdiyi iddia edilir.
Deputatdan qəzəbli açıqlama
"Oğlum haqda dərc olunan yazılar böhtan xarakterlidir. Bütün bunlar qərəzdən irəli gəlir”.
Bu sözləri deputat İmamverdi İsmayılov deyib. İ.İsmayılov açıqlamasında oğlu İlkin İsmayılovun adının Qubada qətlə yetirilən Könül Zalova ilə yanaşı hallandırılmasına etirazını bildirib.
Onun sözlərinə görə, bəzi şəxslər oğluna qarşı məqsədli şəkildə kampaniya aparır: "Heç bir əxlaqa, mənəviyyata sığmayan kampaniyadır. Dəfələrlə belə şərəfsiz, ləyaqətsiz addımlar atıblar.
Ancaq hər dəfə də məlum olub ki, bunlar şər, böhtanla məşğuldurlar. Bu xəbis, paxıl, gözügötürməzlərin və mənə əli çatmayanların kimliyini yaxşı bilirəm. Ailəni, övladı belə məsələlərə qatmaq insan üçün ən sonuncu yoldur. Belə iyrənclikləri ortaya atanları olmayan vicdanlarına və Allaha tapşırıram”.
Könüllə sevgilisi necə tanış olub?
"Qızımla Elməddin 2013-cü ildə tanış olub”. Bunu Qubada istirahət mərkəzində sevgilisi Elməddin Əhmədov tərəfindən öldürülən Könül Zalovanın anası deyib. Fəridə Zalova geniş müsahibəsində bildirib ki, qızı evli olub, bir oğlu var: "Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Əvvəllər işləyirdi, yaxşı maaş alırdı. Avtomobili də həmin vaxt almışdı.
Maşını almaq üçün atası da kömək etmişdi. Könülün şəxsi mənzili də var, kirayə vermişdi. Elməddinlə də telefon mağazasında tanış olublar. Elməddinin anası əvvəllər müəllimə işləyib, atası isə vəfat edib”.
Onun sözlərinə görə, gənclərin tanışlığından az sonra Elməddin küçədə qarşısına çıxıb: "Ədəbsiz şəkildə dedi ki, qızını istəyirəm, evlənəcəyəm, ona yaxşı baxacağam. Sonra həyatından danışdı, dedi, boşanıb. Demə, Elməddin bizə yalan danışırmış, arvadından boşanmayıbmış, iş hələ məhkəmədəymiş.
Dedi ki, boşanmasına səbəb arvadının hepatit olmasıdır. Sonra da arvadı haqda nalayiq sözlər danışdı. Sözünü kəsib dedim ki, "Elməddin, arvad xəstə olanda boşayırlar? Bəs azyaşlı uşağına, ona kim baxacaq?” Uşağından da imtina etmişdi. Buna görə xoşum gəlmədi, ailə qurmalarına razı deyildim. Ancaq qızımdan əl çəkmirdi, mobil nömrəsinə, evimizə zəng edirdi”.
Yığılan borclar və təhdid
F.Zalova Elməddinin qızını evdən bayıra çıxmağa qoymadığını və hədələdiyini söyləyib: "Dəfələrlə gecə həyətə gəlib, maşınının nömrəsini açıb götürmüşdü ki, qızım heç yerə gedə bilməsin. Qətldən 2-3 gün əvvəl də Könülü hədələyib. Qızım axşam rəfiqəsigildən gəlirdi. Elməddin zəng edib hədələdi ki, maşının nömrəsini açıb götürəcək.
Qızım gecə tələsik avtomobilini qarajımıza aparmağa çıxdı. Sən demə, oğlan həyətdə onu güdürmüş. Könül zəng edib həyəcanla dedi ki, mama, Elməddin dalımca gəlir. Özünü evə zorla, təngnəfəs çatdırdı. Yaman qorxmuşdu. Elməddin ona çata bilməmişdi...”
F.Zalova qızına bir neçə dəfə təklif edib ki, onu qarabaqara izləyən Elməddindən polisə şikayət etsin: "Amma Könül razı olmurdu. Bir neçə dəfə qızımdan borc pul alıb. Deyirdi ki, ana, əgər Elməddini polisə versək, aldığı pulları qaytarmayacaq. Könülə deyib ki, alverə başlayır, pulları qaytaracaq”.
Mesajları kim yazıbmış?
Qadının sözlərinə görə, Könül Elməddinə inanaraq dəfələrlə anasından, atasından və qardaşından borc pul alıb: "Ümumilikdə, 15 min manata qədər borc götürüb. Bu da bir yana, Könülün maşınını satmaq istəyirdi. Qızımın qızıllarının bir hissəsini "Lombard”a qoyaraq pul götürmüşdü. Təxminən 8 min manatdır. Borc kağızları qızımın avtomobilindən tapılıb”.
Ana qızı ilə sonuncu dəfə yanvarın 13-də, gecə saat 12-də telefonla danışdığını xatırladıb: "Ad günümü təbrik etdi. Dedi, səhər evdə olacaq, doğum gününü restoranda qeyd edərik. Səsini sonuncu dəfə onda eşitdim”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]