Kriminal

Beyləqanda iş tapa bilməyən kişi özünü asdı

1-02-2016, 15:55
Beyləqanda iş tapa bilməyən kişi özünü asdı

Xeberman.com  ANS PRESS-ə istinadən xəbər verir ki, rayonun Kəbirli kəndində 44 yaşlı kişi özünü asıb.

Mərhumun qohumunun verdiyi məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Əlixan Nuru oğlu İsmayılov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

Onun asılmış meyitini yeznəsi aşkar edib və ilkin yardım göstərmək istəyib. 

Lakin Əlixan İsmayılov artıq dünyasını dəyişmiş olub.

Mərhumun yaxınının bildirdiyinə görə, ali təhsilli olan 44 yaşlı kişi uzun müddətdir ki, iş tapa bilmədiyindən gileylənirmiş.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Özünü öldürən kişinin iki övladı var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]