Kriminal

“Emin444”ün qətlində “Rafiq Masallınski” izi

3-06-2019, 03:43
Kriminal dairələrdə “Emin 444” ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun ötən ay dəhşətli ölümünün yeni təfərrüatı ortaya çıxıb.

Asiya.az-ın əldə etdiyi məlumata görə, “Emin444” qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın dostu olaraq onun qruplaşmasına aid olub. “Lotu Quli” “Emin444”ə Azərbaycana “nəzarət etməyi” tapşırıbmış.

Bu xəbər “Lotu Quli”nin düşməni kimi tanınan Azərbaycanlı “qanuni oğru” “Rafiq Masallınski”nin (Rafiq Eyvazovun) qəzəbinə səbəb olub. “Emin444”ün qətlə yetirilmə sifarişini də “Rafiq Masallınski”nin verdiyi deyilir.

Özəl mənbədən əldə etdiyimiz məlumata əsasən “Rafiq Masallınski”nin adamları “lotu Quli”nin adamlarını Masallı-Lənkəran ərazisindən sıxışdıraraq çıxarıblar. Hazırda qruplaşmalar arasındakı müharibənin pik həddə çatdığı bildirilir.

İstanbulda yaşadığı deyilən “Rafiq Masallınski”nin tezliklə Dubayda yaşayan “lotu Quli”dən qisas alacağına söz verdiyi deyilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]