Kriminal

İranda yaşayan Azərbaycanlı tələbə həbs oluna bilər.(Video)

30-01-2016, 20:44

İranda yaşayan Azərbaycanlı tələbə həbs oluna bilər.(Video)Sosial şəbəkələri zəbt edən bir audio yazısı gündəmi zəbt edib. Səs yazısında Azərbaycanın tanınmış ruhanisi Hacı Şahin Həsənliyə qarşı ittihamalar irəli sürən və İranda tələbə olduğu qeyd edilən bu şəxsin kimliyi hələ də bəlli deyil. Tanınmış ilahiyyatçı haqqında gəzən bu sözləri pisləyib və yalan olduğunu qeyd edib. İlahiyyatçı deyib: "... Açıq aşkar yalan danışır. Çox nalayiq tərzdə danışır.”

Bunu da qeyd edək ki, etdiyi təhqir və böhtanlara görə həmin tələbə həbs oluna bilər.

Cinayət Məcəlləsinin "Böhtan” (147-ci maddə) və "Təhqir” (148-ci maddə) maddələrinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 100 manatdan 500 manatadəkmiqdarda cərimə ilə və yaiki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma olacaq.

Səs yazısını təqdim edirik.


Administratorla əlaqə

077 611-55-22

[email protected]