Kriminal

Bakıda 14 yaşlı qızı zorladılar

12-03-2015, 09:30
Bakıda 14 yaşlı qızı zorladılar
O sərbəst buraxılıb

Bir müddət öncə baş verən dəhşətli zorlama faktının üstü açılıb.

Qaynarxett.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü K.İ bu ilin yanvar ayında zorlandığı haqda martın 5-də Polis İdarəsinə müraciət edib.

O, ifadəsində onu zorlayan şəxsi tanıdığını bildirib və adını açıqlayıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində 14 yaşlı qızı zorlamaqda ittiham olunan Abşeron rayon sakini 1986-cı il təvəllüdlü İ.M saxlanılıb.

Nəsimi rayon Polis İdarəsindən bildirilib ki, həmin şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]