Kriminal

AZƏRBAYCANDA günün ən dəhşətli HADİSƏSİ: ana iki oğlunun meyitini tapdı - TƏFƏRRÜAT

11-06-2017, 21:35
AZƏRBAYCANDA günün ən dəhşətli HADİSƏSİ: ana iki oğlunun meyitini tapdı - TƏFƏRRÜATBu gün Qazax rayonunun Dəmirçilər kəndində 10 və 8 yaşlı iki qardaşın ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı məlum olub. Xeberman.com lent.az-a istinadən xəbər verir ki, hadisə azyaşlıların təsərrüfatlarına məxsus heyvanları otarmaq üçün sahəyə apardığı vaxtda baş verib. Belə ki, 10 yaşlı Mayramov Nihad Mürşüd oğlu ilə 8 yaşlı qardaşı Lətif sahədə olarkən anaları onlara zəng edib və nahara çağırıb. Lakin uşaqlar telefona cavab verməyib. Həyəcanlanan qadın uşaqların heyvanları harada otardığını bildiyindən dərhal sahəyə gedib və süni gölün yaxınlığında onların paltarlarını tapıb. Az sonra isə hər iki qardaşın göldə çimərkən boğulub öldüyü məlum olub.

Qeyd edək ki, ölən uşaqların atası hadisə vaxtı işdə olub. Ailə bədbəxt hadisə nəticəsində hər iki övladını itirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]