Kriminal

Bərdədə iki yük avtomobili toqquşub, ölən var.

11-06-2017, 09:18
Xeberman.com xəbər verir ki, hadisə rayonun Ləki kəndi ərazisində qeydə alınıb. Bərdə rayon sakini 1961-ci il təvəllüdlü Süleymanov Zülfüqar Hüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük maşını qarşıda gedən “Shacman” markalı yük maşınına çırpılıb. Nəticədə Z.Süleymanovun idarə etdiyi “Qazel” markalı maşında sərnişin hadisə yerində həyatını itirib.

Hadisə yerinə DYP əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib.

Qəzanın səbəbləri və ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]