Kriminal

Göygöldə avtobus sürücüsü bıçaqlandı

8-06-2017, 10:07
Gecə saatlarında Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xeberman.com "Report"a istinadən bildirir ki, naməlum şəxs Göygöl rayon sakini, 1996-ci il təvəllüdlü Mustafayev Elşən Zirəddin oğluna hələ ki bilinməyən səbəbdən bıçaq xəsarəti yetirib. Nəticədə o, üzündən və boğazından bıçaq xəsarətləri alıb.
Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyat edilən E.Mustafayevin vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, E.Mustafayev Göygöl rayonundakı marşrut avtobuslarından birində sürücü işləyir.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]