Kriminal

Biznesmenin qatili yaxalandı

31-05-2017, 04:47
Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxs Qazaxıstanda tutulub.
Xeberman.com-un verdiyi məlumata görə, bu barədə Xaçmaz Rayon Polis Şöbəsindən bildirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2016-cı il iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovu qətlə yetirməkdə təqsirləndirilən Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçdığı müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə V.Rüstəmov Qazaxıstanda tutularaq Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Qeyd edək ki, 2016-cı il iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov hadisədən dərhal sonra tutulub. V.Rüstəmov isə ölkədən qaçıb.

İ.Məmmədov ticarət mallarının topdansatışı ilə məşğul olurmuş.

Administratorla əlaqə

077 611-55-22

[email protected]