Kriminal

İcra Hakimiyyətinin köhnə binasından oğurluq edildi

30-05-2017, 23:13

Ağdaşda inzibati binadan oğurluq edilib.

Xeberman.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlanıb. Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]