Kriminal

Şamaxı sakini donaraq ölüb

6-01-2016, 07:50
Şamaxı rayon sakini gecə şaxtalı havada soyuqdan donaraq ölüb. APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Elyayev Mixail Vladimiroviç ötən gecə qardaşı ilə spirtli içki qəbul edərək küçəyə çıxıb və qarlı-şaxtalı havada ayağı sürüşərək yıxılıb. Evə qayıda bilməyən Mixail Elyayev küçədə soyuqdan donaraq ölüb.
 
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]