Kriminal / İdman

"Fənərbaxça"lı futbolçu saxlanıldı

23-05-2017, 16:41
"Fənərbaxça"lı futbolçu saxlanıldı
İstanbul vilayət jandarma komandanlığı və Bakırköy respublika prokurorluğu mütəşəkkil cinayətkarlıq idarəsinin dəstəyi ilə əməliyyat keçirib.

Xeberman.com "Ölkə.Az" -a istinadən xəbər verir ki, gömrükdən qaçaqmalçılıq yolu ilə keçirilən lüks markalı avtomobillərin sahiblərinə qarşı keçirilən əməliyyat nəticəsində 100 nəfər saxlanılıb.

Saxlanılanlar arasında "Fənərbaxça" futbol klubunun oyunçusu Ozan Tufan da var. Məşhur futbolçunun sözügedən qruplaşma vasitəsilə lüks avtomobil aldığı iddia edilir. İddiaya görə Ozan Tufan avtomobili bir dostundan alıb. Klubdan verilən qeyri-rəsmi xəbərə görə Ozan Tufanın aldığı avtomobilin gömrük vergisi az məbləğdə göstərildiyi üçün futbolçu ifadə verir.

Qeyd edək ki, mart ayında Ozan Tufan "Maserati" markalı bahalı avtomobil almışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]