Kriminal

Cəlilabadda insanlara hədə-qorxu gələn CİNAYƏTKAR SAXLANILDI

16-05-2017, 01:47
Cəlilabadda insanlara hədə-qorxu gələn CİNAYƏTKAR SAXLANILDIXeberman.com xəbər verir ki, saxlanılan Əhmədli Xəqani adlı şəxs həmyerlisi Zamiq Rzayevlə əlbir olaraq Cəlilabad rayon sakini Həsənov Xəyala hədə - qorxu gəlməklə onun 3 min 500 manat pulunu mənimsəyib.

Həmçinin, qrup üzvləri bu cinayət əməlini Yardımlı rayon sakininə qarşı da tətbiq ediblər. Həmin şəxsdən zorakılıq yolu ilə 5 min 300 manat pul əldə edilib.

Əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Əhmədli Xəqani Cinayət Məcəlləsinin 8 maddəsi üzrə axtarışda olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. (report)

Administratorla əlaqə

077 611-55-22

[email protected]