Kriminal

Şamaxıda məmur balaları 7 yaşlı qız zorladı

1-05-2017, 19:34
Şamaxıda məmur balaları 7 yaşlı qız zorladıŞamaxı rayonunda dəhşətli hadisə baş verib. 4 gün öncə Şamaxı rayon orta məktəbində (digər adı Avropa liseyi-red) insanlığa sığmayan hadisə baş verib

Belə ki, sözügedən orta məktəbin 3 nəfər yuxarı sinif şagirdi 2-ci sinifdə oxuyan 7 yaşlı qız uşağına seksual təcavüz ediblər:

"3 nəfər tərəfindən zorlanan balaca qızcığaz vəfat edib. Ən pisi də odur ki, baş verən vəhşilik gizlədilir. Hadisənin üstündən dörd gün keçməsinə və balaca, talehsiz qızcığazın ölməsinə baxmayaraq, müqəssirlər hələ də əl-qolunu sallaya-sallaya azadlıqda gəzirlər".

Oxucunun bildirdiyinə görə, hazırda məktəb polislə "qaynayır". Lakin hadisə ilə bağlı heç kimə məlumat verilmir:

"Biabırçı olay gizlədilir, çünki zavallı qızcığazı zorlayanlar imkanlı ailənin uşaqlarıdır. Ölən qızın ailəsinin kimliyi gizli saxlanılır".

Məsələ ilə bağlı Şamaxı rayon İcra hakimiyyəti və Azərbaycan Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Hər iki qurumun olaydan xəbərsiz olduğu ortaya çıxdı.

Mövzunu davam etdirəcəyik. (big.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]