Kriminal

Gəncədə 75 yaşlı qadın sirkə turşusu içərək intihar edib

22-04-2017, 03:31
Gəncədə 75 yaşlı qadın sirkə turşusu içərək intihar edibGəncədə yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

Xeberman.com-un məlumatına görə, şəhər sakini, 1942-ci il təvəllüdlü Əliyeva Kifayət Əsgər qızı sirkə turşusundan ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Tibbi yardım göstərilsə də, 75 yaşlı qadını xilas etmək mümkün olmayıb. K.Əliyevanın intihar etdiyi bildirilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]